Son yeniləmə: 16 Noyabr 2024 07:40
Dünyanın ən sürətlə inkişaf edən 10 müdafiə sənayesi şirkətindən biri olan ASELSAN-nın yaranmasının 49-cu üldönümüdür
BAYRAQDAR MEDİA – Bu günlər qardaş Türkiyənin əsas markalarından biri kimi dünyada tanına ASELSAN-ın 49 yaşı tamam olub. Oyun dəyişdirən texnologiyaları ilə dünyanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN 49-cu ildönümünü mühüm uğrularla qeyd edir.
Embarqolara qarşı mübarizənin simvolu – ASELSAN
Məlumat üşün bildirək ki, ASELSAN 49 il əvvəl, 1975-ci il noyabrın 14-də Kıbrıs Barış Hərəkatından sonra Türkiyəyə tətbiq edilən embarqolara cavab olaraq yaradılıb.
Qurumun yaydığı məlumata görə, ASELSAN nümayəndə heyəti 49-cu il dönümü ilə əlaqədar noyabrın 14-də Gazi Mustafa Kemal Atatürkün əbədi məzar yeri olan Anıtkabiri ziyarət edib.
ASELSAN genel müdürü Ahmet Akyol xatirə dəfətərinə aşağıdakı sözləri yazıb: “Hörmətli Atatürk, ASELSAN-ın 49-cu ildönümünü qeyd etməkdən böyük həyəcan keçiririk. Təhlükəsizlik güclərimizin kommunikasiya ehtiyaclarını yerli istehsalla qarşılamaq üçün qurulan ASELSAN bu gün ölkəmizin qürur mənbəyi olan şirkətlərdən birinə çevrilib. ASELSAN texnologiyaları dənizlərin altından kosmosun dərinliklərinə qədər Türkiyənin istehsal etdiyi hər platformada mövcuddur”.
ASELSAN-ın uğurları təbii ki, Türkiyə ilə məhdudlaşmır
Ahmet Akyol həmçinin “millətimizin göz bəbəyi olan ASELSAN-ın uğurları təbii ki, Türkiyə ilə məhdudlaşmır. Bu günə qədər 90 fərqli ölkəyə ixrac etməyi bacarmışıq. Biz dünyanın 42-ci ən böyük müdafiə sənayesi şirkəti olduq. Keçən il biz dünyanın ən sürətlə inkişaf edən 10 müdafiə sənayesi şirkətindən biri olmağı bacardıq. Təbii ki, burada dayanmayacağıq, ASELSAN-ı hər mənada qlobal bir şirkətə çevirəcək hədəflərimizi davam etdirəcəyik. 2030-cu ilin sonuna qədər dünyanın 30 ən böyük müdafiə sənayesi şirkətindən biri olmaq məqsədi ilə möhkəm addımlarla yolumuza davam edirik” deyə qeyd edib.
ASELSAN böyüməyə davam edəcək
Eyni zamanda, o da qeyd edilib ki, “bu iddialı məqsədə nail olmaq üçün biz öz sahəmizdə ən yaxşısını istehsal etməyə, oyunu dəyişən texnologiyalara və ixrac yönümlü böyüməyə davam edəcəyik. ASELSAN özünə, xalqına, gəncliyinə güvənən bir xalqın nələrə nail ola biləcəyinin canlı nümunəsidir. Milli mübarizəni uğurlu edən dəyərlər həm də ASELSAN-ın dəyərləridir. 11 mindən çox ASELSAN ailəsi həm şirkətimizi böyütmək, həm də millətimizə daha böyük qürur gətirmək əzmindədir. 50 illik yubileyimizə bir il qalmış biz yeni nailiyyətlərlə xalqımızın üzünü güldürməyə davam edəcəyik. Dəmir torlarla hördüyünüz respublikanı Polad Günbəzlə zireh edəcəyik. Bizə əmanət etdiyiniz respublikanı dünyada layiqli yerə daşımaq üçün bundan sonra da daha çox çalışacaq, daha çox istehsal edəcəyik. Ruhun şad olsun”.
2030 hədəflərinə doğru addım-addım
Beləliklə, bir daha vurğulayaq ki, 49 ildir texnologiya sahəsində Türkiyəyə güvən təmin edən ASELSAN, 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin kommunikasiya ehtiyaclarını milli resurslarla qarşılamaq üçün embarqolara cavab olaraq qurulub. Türkiyənin ən böyük müdafiə elektronikası şirkəti ASELSAN; Türk Silahlı Qüvvələr Vəqfinə (TSKGV) bağlı bir səhmdar cəmiyyəti olaraq müvəffəqiyyət nisbətini günü-gündən artırır. ASELSAN 49 ildir ki, dənizlərin altından tutmuş kosmosun dərinliklərinə qədər hər sahədə oyunu dəyişdirən təsirə malik qabaqcıl texnologiyalar inkişaf etdirir.
2030-cu ildə qlobal miqyasda 30 ən böyük şirkət arasında olmaq hədəfi
Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısında 42-ci yerdə olan ASELSAN, 2030-cu ildə qlobal miqyasda 30 ən böyük şirkət arasında olmağı hədəfləyir. Öz sahəsində ən yaxşı məhsullar istehsal edən, oyun dəyişdirən texnologiyalar inkişaf etdirən və AselsanXt vizyonu ilə ixrac yönümlü böyüyən qlobal brendə çevrilən ASELSAN 49 ildir ki, ölkəmizin qabaqcıl texnologiyada xarici mənbələrdən asılılığının azaldılmasına öz töhfəsini verir.
ASELSAN-ın ən mühüm gücü ixtisaslı insan resurslarıdır və 11 mindən çox işçisinin əksəriyyəti mühəndisdir.
İlk şərhi yaza bilərsiniz