Press "Enter" to skip to content

MÜSİAD Azərbaycan mərkəzinə anlamlı ziyarət

Görüş zamanı

MÜSİAD İdarə Heyətinin üzvü Altuğ Karataş və “MÜSİAD İnvest”in sədri Serhat Kısakürek MÜSİAD Azərbaycan mərkəzini ziyarət edib

BAYRAQDAR MEDİA – MÜSİAD İdarə Heyətinin üzvü Altuğ Karataş və “MÜSİAD İnvest”in sədri Serhat Kısakürek MÜSİAD Azərbaycan mərkəzini ziyarət edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, “səhər yeməyi ilə başlayan proqram, iki ölkə arasında əməkdaşlığı gücləndirəcək mühüm mövzuların müzakirə olunduğu görüşlə davam edib. Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə yanaşı, MÜSİAD Azərbaycan və Gənc MÜSİAD Azərbaycan üzvləri də iştirak edib. Görüşlər zamanı Azərbaycanın COP29-dakı rolu, ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə üzərlərinə düşən vəzifələr və bu sahədə yaranan imkanlar geniş şəkildə müzakirə edilib”.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Məlumata görə, görüş zamanı Azərbaycanın dayanıqlı enerji potensialına xüsusi diqqət yetirilib: “Ölkənin zəngin külək enerjisi resursları qlobal iqlim hədəflərinə çatmaqda mühüm fürsət olaraq qiymətləndirilib. Bu çərçivədə, Türkiyə və Azərbaycan arasında enerji sektorunda qurula biləcək tərəfdaşlıqların əhəmiyyəti vurğulanıb. Türkiyənin bərpa olunan enerji texnologiyalarındakı təcrübəsi ilə Azərbaycanın təbii resurslarının birləşməsi hər iki ölkənin enerji sahəsində yeni uğurlar əldə etməsinə zəmin yaradacağı qeyd edilib”. “MÜSİAD İnvest”in sədri Serhat Kısakürek görüş zamanı qeyd edib ki, iqlim dəyişikliyi artıq yalnız bir təhdid deyil, eyni zamanda iqtisadi fürsətlər yaradan bir sahədir: “Enerji səmərəliliyi layihələri, “yaşıl iqtisadiyyat” yatırımları və karbon ticarəti kimi mövzular bu fürsətlərin əsas istiqamətləri arasında yer alır. Bundan əlavə, COP29-un ölkələr üçün bu fürsətləri dəyərləndirmək və üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün əhəmiyyətli bir platform olduğu vurğulanıb”.

Görüşün sonunda, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli qonaqlara dərin minnətdarlığını bildirərək, MÜSİAD-ın bu cür təşəbbüslərinin Türkiyə və Azərbaycan arasındakı dostluq əlaqələrinin iqtisadi sahədə daha da dərinləşməsinə şərait yaradacağını qeyd edib.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.