Press "Enter" to skip to content

Milli Dirçəliş Günü ilə bağlı tədbir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “”Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin tələbələri iştirak ediblər. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təhsil müəssisələrinin fəaliyyətinin səmərəli davam etdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin Qərarına əsasən, noyabrın 14-dən 22-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ali təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunur”.

Daha sonra xəbərdə, “tədbirdə Aİİ İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, Dos. Rəşad Mustafa çıxış edib, tarixi gün haqqında geniş məlumat verib, Milli Dirçəliş Gününədək baş vermiş tarixi hadisələr barədə ətraflı söhbət açıb. Məruzəçi Azərbaycanın müstəqilliyinin bərpası dövrünə də diqqət çəkərək Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyin dirçəlişi istiqamətində gördüyü işləri vurğulayıb. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun hansı çətin mərhələlərdən keçdiyini nəzərə çatdıran R.Mustafa 44 günlük Vətən müharibəsində qazanılan qələbənin birliyin və bərabərliyin nəticəsi olduğunu bildirib. O, Vətən müharibəsi zəfərlə sonlandıqdan sonra, Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri vurğulayıb. O həmçinin tarixi torpaqlarda geniş vüsət alan yenidənqurma və bərpa işləri haqqında məlumat verib” deyə vurğulanır.

Vebinar müzakirələrlə davam edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.