Press "Enter" to skip to content

“Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatı

Təqdimat

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində gündəliyə salınmış BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, BMT-nin Azərbaycandakı resident nümayəndəsi, ekologiya və təbii sərəvətlər nazirinin müavini, beynəlxalq təşkilatların və müvafiq qurumların nümayəndələri iştirak edib. Tədbirdə yeni hazırlanmış üçüncü dövr hesabatın nəticələri açıqlanıb, ikinci dövr hesabatın hazırlandığı dövrdən etibarən əldə edilən irəliləyişlər müzakirə edilib, yeni tövsiyələrin icrasına maraqlı tərəflərin cəlb olunması üzrə dialoq aparılıb”.

Daha sonra xəbərdə deyilir ki, “hesabatın məqsədi Azərbaycanın ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaq, bu sahədə milli siyasətin formalaşdırılmasına dəstək olmaq və ölkənin beynəlxalq ekoloji öhdəliklərinin icrasını qiymətləndirməkdir. Sənəd ətraf mühitin idarə olunması, təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji məsələlərin digər sektorlara inteqrasiyası, həmçinin ümumi ekoloji fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 78 tövsiyəni əhatə edir”.

Qeyd edək ki, Azərbaycan üzrə birinci dövr hesabat 2003-cü, ikinci dövr hesabat isə 2011-ci ildə hazırlanıb. Üçüncü dövr hesabat ölkənin ətraf mühit siyasətinin davamlı inkişafını təmin etmək üçün yeni yanaşmalar və tövsiyələrə əsaslanıb.

Hesabat Azərbaycanın ətraf mühit sahəsində həyata keçirdiyi tədbirlərin beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək və inkişaf yollarını müəyyənləşdirmək baxımından vacib sənəd hesab edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.