Son yeniləmə: 16 Noyabr 2024 07:09
Prezident İlham Əliyevin COP29 zamanı çıxışı Meksika mətbuatında maraqla qarşılanıb
BAYRAQDAR MEDİA – Meksikanın geniş oxuyucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məqalə dərc edilib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, məqalədə ölkə prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib: “Orada səslənən fikirlər maraqla qarşılanıb. Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışlarına istinad edilərək yaşıl enerjiyə keçid zamanı karbohidrogen ehtiyatlarına malik olan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi reallıq vurğulanıb. Belə ki, yazıda Prezident İlham Əliyevin sözlərinə istinad edilərək, neft və qazın Tanrının bəxş etdiyi təbii sərvət olduğu və ölkələrin malik olduqları təbii sərvətlərə görə günahlandırılmamalı və onları bazara çıxardıqlarına görə suçlanmamalı olduğu qeyd olunub”.
Məqalədə həmçinin iqlimşünaslar və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyi ilə mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlət başçımızın çıxışından sitat gətirilərək, Avropa Bilriyinin özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.
İlk şərhi yaza bilərsiniz