Press "Enter" to skip to content

COP29-da çərçivəsində daha bir beynəlxalq konfrans

Aygün Əliyeva çıxış edərkən

Son yeniləmə: 16 Noyabr 2024 07:27

Qoşulmama Hərəkatı regionu QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransının açılış mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Noyabrın 15-də COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfrans keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məlumatına əsasən konfrans Yaşıl Zonada “Water” konfrans zalında keçirilib: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə reallaşan konfransda Qoşulmama Hərəkatı regionu üzrə QHT-lər fəal iştirak edib”.

“Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfrans
“Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfrans

Öncə COP29-un prezidenti Muxtar Babayevin beynəlxalq konfrans iştirakçılarına videomüraciət təqdim edilib: “M.Babayev qeyd edib ki, Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə Azərbaycan qlobal təşəbbüslərə imza atıb. İqlim dəyişmələrinə qarşı mübarizədə QHT-lər mühüm töhfəyə malikdir”.

Sonra çıxış edən BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsinin müdiri Vuk-Jin Çang (Wook-Jin Chang) Azərbaycanı COP29-a uğurlu evsahibliyi etməsinə görə təbrik edib: “Qonaq bildirib ki, o, çoxsaylı COP-larda iştirak edib, əminliklə deyə bilər ki, COP29 ən yüksək təşkilatçılıq səviyyəsi olan COP-lar sırasındadır. O, 1 ildən də az müddətdə nəhəng işlərin bu səviyyədə icra olunmasına heyrətini gizlətməyib və Azərbaycan QHT-lərinin bu tədbirdə fəal iştirakını qeyd edib. BMT rəsmisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Milli QHT Forumuna Cənub-Cənub əməkdaşlığı mövzusuna xüsusi diqqət yetirməyə görə təşəkkür edib. O, həmfikir olduğunu bildirib ki, təbiətə münasibətdə “B” planı olmamalıdır, çünki “B” planeti yoxdur. Vuk-Jin Çang (Wook-Jin Chang) ECOSOC-a dünyadan üzv 6500 QHT-nin 35%-nin Qlobal Cənubdan olduğunu vurğulayıb”.

Məlumata görə, BMT rəsmisi, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100-ə yaxın ölkədən 400-dən çox QHT-nin qatıldığı COP29 QHT Koalisiyasının yaradılmasını mühüm hadisə adlandırıb. İnanmaq istədiyini bildirib ki, bu unikal platforma Qlobal Cənubun da güclü səsinə çevriləcək.

Konfrans zamanı
Konfrans zamanı

“Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Azərbaycan ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın aşkarlanmasının ətraf mühitə böyük ziyan vurduğunu qeyd edib. O, Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin aparılmasında QHT-lərin mühüm roluna diqqət çəkib.

Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədova ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatın regionu ölkələrinin QHT-lərinin bir araya gətirilməsini mühüm başlanğıc adlandırıblar. “SMACHS” Fondunun təsisçisi və himayədarı, Keniya prezidentinin qızı Çarline Ruto da konfransa videomüraciətlə qoşularaq, iştirakçıları salamlayıb. Daha sonra panel müzakirələrə başlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.