Press "Enter" to skip to content

COP29 çərçivəsində yan tədbir keçirilib

Tədbir zamanı

Son yeniləmə: 16 Noyabr 2024 18:23

BAYRAQDAR MEDİA – “Education Hub” İctimai Birliyi COP29-da Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda “Dəyişikliyin gücləndirilməsi: sosial sahibkarlıq davamlı inkişaf və korporativ sosial məsuliyyətin katalizatoru kimi” adlı yan tədbir keçirilib.

Bu barədə Milli QHT Forumundan bildirilib.

Məlumata görə, tədbirdə impakt biznes təcrübələri vasitəsilə iqlim və sosial problemlərin həlli üçün innovativ yanaşmaları müzakirə olunub: “Tədbirdə Azərbaycanın sosial sahibkarlıq ekosistemi və təsir fondlarının yaradılmasına dair təqdimat edilib. Daha sonra panel müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov “İqlim fəaliyyətində sosial sahibkarlığın rolu və qanunvericilik sahəsində nəzərdə tutulan planlar” mövzusunda məruzə ilə çıxış edib. Paneldə müxtəlif məruzələr də dinlənilib”.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.