Son yeniləmə: 15 Noyabr 2024 14:16
Dos.Dr. Turqut Türkdoğanın rəhbərlik etdiyi layihə TÜBİTAK-dan İnvestisiya Əsaslı Sahibkarlıq Dəstəyi və Mükəmməllik Mükafatı alıb
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli şəhərində fəaliyyət göstərən Pamukkale Universiteti (PAÜ) Təhsil Fakültəsinin müəllimi Dos.Dr. Turqut Türkdoğanın rəhbərlik etdiyi layihə TÜBİTAK-dan İnvestisiya Əsaslı Sahibkarlıq Dəstəyi və Mükəmməllik Mükafatı alıb.
Bu barədə universitetin internet saytında məlumat verilib.
Məlumata görə, TÜBİTAK, (1812) İnvestisiya Əsaslı Sahibkarlığa Dəstək Proqramı çərçivəsində iki mərhələli müsabiqənin nəticəsi bəlli olub: “TÜBİTAK 1768 müraciət arasından 133 sahibkara mükəmməllik möhürü verməyi məqsədəuyğun hesab edib. Mövzu ilə bağlı müsabiqəyə Pamukkale Universiteti Təhsil Fakültəsi Psixoloji Məsləhət və Rəhbərlik Bölümünün müəllim Dos.Dr. Turqut Türkdoğan rəhbərliyi ilə hazırlanıb təqdim edilən “Psixoloji Məsləhətdə Süni İntellekt Tətbiqləri” adlı layihə TÜBİTAK-dan təxminən 900 min TL maliyyə dəstəyi almağa haqq qazanıb”.
Məlumatda həmçinin “Dos.Dr. Turqut Türkdoğanın rəhbərlik etdiyi və Psixoloji Danışman Bartu Baş, İdarəetmə İnformatikası mütəxəssisləri Çağrı Akın və Berk Çağatay Özbekdən ibarət layihə qrupu Pamukkale Teknokent daxilində qurulacaq birləşmə addımı ilə işlərini davam etdirəcək” deyilir.
Onu da qeyd edək ki, Dos.Dr. Turqut Türkdoğan Azərbaycana xüsusi sevgisi ilə fərqlənən ziyalılardandır.
İlk şərhi yaza bilərsiniz