Press "Enter" to skip to content

Müzakirələr aparılıb

Tədbir zamanı

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Biznes, İnvestisiya və Xeyriyyəçilikİqlim Platforması təşkil olunub. Tədbir COP29 Sədrliyi, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, həmçinin beynəlxalq qurumlarla tərəfdaşlıq əsasında reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirə 71 ölkədən 1000-dən çox qeydiyyatdan keçmiş iştirakçı qatılıb. Tədbirdə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və iqtisadiyyat nazirininmüavini Səməd Bəşirli çıxış ediblər. İqtisadi artımın, iqlim dayanıqlığının gücləndirilməsi üçün qlobal təşəbbüslərin təşviqi və ölkəmizin bu prosesdə mühüm rolu qeyd edilib. Dövlət və özəl sektor, özəl sektorla xeyriyyə təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsi sayəsində karbohidrogen resurslarından əldə olunan gəlirlərin iqlim fəaliyyətinə yönləndirilməsi və ölkə iqtisadiyyatının karbonsuzlaşmasına xidmət edən yaşıl enerji layihələri haqqında bəhs edilib”.

Məlumata görə, tədbirdə tərəfdaş qurumlar Paris İqlim Sazişinin hədəflərinə çatmaq məqsədilə inkişaf etməkdə olan ölkələrdə iqlimə dair maliyyə və sərmayə strategiyaları barədə fikir mübadiləsi aparıblar: “Həmçinin, iqlimə dayanıqlı həllərə kapital cəlbi və sənaye sahələrinin karbonsuzlaşmasını sürətləndirmək üçün əsas mexanizmlər diqqət mərkəzində olub. Tədbir çərçivəsində 9sessiya təşkil olunub. Sessiyalarda innovativ maliyyə həlləri, karbonsuzlaşma, inkişaf etməkdə olan ölkələr üçün maliyyə axınlarının təşviqi, beynəlxalq şirkətlərin dayanıqlı inkişaf öhdəlikləri, əhatəli iqlim fəaliyyətini sürətləndirən dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən yeni tərəfdaşlıqlar müzakirə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.