Son yeniləmə: 15 Noyabr 2024 11:47
BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanın Urganç Pedaqoji İnstitutunda “Qloballaşma kontekstində pedaqoji sahədə tədqiqatlar: problemlər və həll yolları” adlı beynəlxalq konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasından (MEK) daxil olub.
Xəbərdə bildirilir ki, “MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva da tədbirə qatılaraq “Qloballaşmanın milli dövlətlərə təsiri: Türk dövlətləri nümunəsində” adlı məqalə ilə çıxış edib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub”.
İlk şərhi yaza bilərsiniz