Press "Enter" to skip to content

İqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermorla görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qarşılıqlı strateji iqtisadi münasibətlərin intensiv inkişafından məmnunluq ifadə edilib. Böyük Britaniya ilə ticarət, investisiya və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib. Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən “yaşıl” layihələr yüksək qiymətləndirilib”.

Məlumata görə, tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.