Press "Enter" to skip to content

GERB-SDS silsilə danışıqlar aparıb

Bolqarıstan parlamenti

BAYRAQDAR MEDİA – Bolqarıstanda hökumət qurmaq üçün fəaliyyətlər davam edir.

Radio Bolqarıstan xəbər verir ki, GERB-SDS danışıqlar qrupu mümkün hökumət haqqında BSP və ITN ilə görüşüb.

Məlumata görə, danışıqlar zamanı 2025-ci ilin büdcəsinə təsir edən məcburi qərarlar, Konstitusiya dəyişikliklərinin ləğvi, enerji və iqtisadi təhlükəsizliyin təmin edilməsi, elektrik enerjisinin liberallaşdırılmasının təxirə salınması, sosial siyasətlər və səhiyyə xidmətləri də daxil olmaqla bir çox mühüm məsələlər ön plana çıxıb: “BSP danışıqları həssas vətəndaşların müdafiəsi modeli yaradılana qədər elektrik enerjisi bazarının liberallaşdırılması kimi müəyyən razılaşmaların əldə olunduğu dialoq kimi qiymətləndirib. GERB ilə görüşündən sonra ITN partiyasından Toşko Yordanov isə iki partiya arasında fikir ayrılıqlarının fundamental səviyyədə olduğunu deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.