Son yeniləmə: 15 Noyabr 2024 17:05
Dos.Dr. Ruhəngiz Əliyeva müsahibəsində Türkiyə- Azərbaycan münasibətləri və Güney Qafqazda baş verən son hadisələrlə bağlı sualları da cavablandırıb
BAYRAQDAR MEDİA – Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya və Pedaqogika kafedrasının müəllimi və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) sədrinin Türkiyə ilə əlaqələr üzrə müşaviri Dos.Dr. Ruhəngiz Əliyeva Uluslararası Diplomatik İlişkiler Akademik Araştırmalar ve Eğitim Derneğinin dərgisinə müsahibə verib. Azərbaycanlı alim müsahibəsində Türkiyə- Azərbaycan münasibətləri və Güney Qafqazda baş verən son hadisələrlə bağlı sualları cavablandırıb.
Məlumat üçün bildirək ki, Uluslararası Diplomatik İlişkiler Akademik Araştırmalar ve Eğitim Derneği diplomatiya və beynəlxalq münasibətlər sahəsində dərin biliklər əldə etmək, sosial elmlərin müxtəlif sahələrində tədqiqatların aparılmasını təşkil etmək, seminarlar, konfranslar və təlimlər təşkil etmək üçün yaradılmış qeyri-hökumət təşkilatıdır.
Qurumun internet saytında əks olunmuş məlumata əsasən, “ikibaşlı qartal loqosu ilə tanınan dərnək tarixi köklərdən qidalanan anlayışla müasir dünyanın akademik və diplomatik ehtiyaclarını qarşılamaq üçün çalışır. Dərnək bütün dünyada akademiklər, tədqiqatçılar, diplomatik mütəxəssislər və tələbələr üçün məlumat və resurslarla təmin etmək məqsədi daşıyır, həmçinin beynəlxalq münasibətlər sahəsində yenilikçi və hərtərəfli perspektiv təklif edir. Dərnək eyni zamanda dərc olunmuş hesabatlar, məqalələr və jurnallar vasitəsilə beynəlxalq problemlərin həlli üçün elmi əsaslı strategiyalar hazırlamaq, tədqiqat layihələri və akademik fəaliyyətlər vasitəsilə bu sahədə biliklərin artırılmasına töhfə vermək məqsədi daşıyır”.
İlk şərhi yaza bilərsiniz