Press "Enter" to skip to content

Manisada bayram tədbiri

Şentürk Hoşgül

Son yeniləmə: 14 Noyabr 2024 08:07

Şentürk Hoşgül: Bu dəfə də Azərbaycanın özəl gününə xüsusi hazırlaşmışdıq

BAYRAQDAR MEDİA – “Biz hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın özəl gününə xüsusi hazırlaşmışdıq. Xüsusilə də söhbət Zəfər Gününün 4-cü ildönümündən getdiyi üçün bu dəfə proqramımızı daha ətraflı şəkildə təşkil etdik”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül deyib.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

O, qeyd edib ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və rəhbərlik etdiyi Dərnəyin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Salam Türkün bayrağına” adlı tədbir təşkil olunub: “Tədbir Manisada yerləşən Yunus Əmrə Mədəniyyət Parkındakı “İrfan Məclisi”ndə təşkil edilmişdi. Bayram tədbiri Türkiyə və Azərbaycanın şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, həmçinin iki qardaş ölkənin dövlət himnləri səsləndirilməsi ilə başladı. Daha sonra Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etdiyinə və dəstəyini əsirgəmədiyinə görə Yunus Əmrə Bələdiyyəsinin sədri Semih Balabana, Manisa Büyükşəhər Bələdiyyəsinin Baş katibi Burak Desteyə və Manisanın digər bələdiyyələrinə, yerli icra strukturlarına, ictimai təsisatlarına, siyasi partiyalarına və media nümayəndələrinə minnətdarlığımızı çatdırdım”.

Ş.Hoşgül deyib ki, sonra söz tədbirə öəzl olaraq dəvət edilimiş Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Dünyası İctimai, iqtisadi və siyasi əlaqələr kafedrasının müdiri, professor Vəfa Kurbana verilib: “V.Kurban Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti, etnik təmizləmə, separatçılıq və terror siyasəti barədə məruzə ilə çıxış etdi. O, hazırladığı təqdimatda törədilən cinayətləri faktlarla nümayiş etdirən məruzəçi qlobal arenada nümayiş olunan ikili standartlardan və onun ağır nəticələrindən danışdı. Qarabağın işğal planı, buna qədərki proseslərin xronologiyası təqdim olunan məruzədə dəfələrlə azərbaycanlılara qarşı törədilmiş soyqırımların işğaldan azad olunan həmin ərazilərdə kütləvi məzarlıqların tapılması ilə sübuta yetirildiyi vurğulandı. Zəfər Günü barəsində danışan alim Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində İkinci Qarabağ müharibəsindəki qələbənin təmin olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyəti, yüksək peşəkarlıq nümayiş etdirən hərbçilərimizin qəhrəmanlığı ilə Vətən müharibəsi xalqımızın Böyük Zəfəri ilə başa çatıb”.

Ş.Hoşgül bildirib ki, daha sonra tədbir bədii hissə ilə davam edib: “Bədii hissəmizin proqramını da özəl olaraq tərtib etmişdik. Çalışdıq ki, iştirakçılara Zəfərin 4-cü ildönümünün ab-havasını çatdıraq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.