Press "Enter" to skip to content

Koalisiya ortaqlığı ilə bağlı razılıq əldə edilmədi

Görüş zamanı

Son yeniləmə: 14 Noyabr 2024 08:07

BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi gərginlik davam edir. Bu arada bəlli olub ki, PP-DB və MEÇ partiyaları yeni hökumətin qurulması barədə razılığıa gələ bilməyib.

Radio Bolqarıstan xəbər verir ki, iki partiya mümkün hökumət tərəfdaşlıqlarını araşdırmaq üçün bir araya gəlib: “Lakin danışıqlar zamanı MEÇ lideri Radostin Vasilev GERB ilə əməkdaşlığa qarşı çıxıb və “Vazrajdane” partiyasını GERB və DPS əleyhinə kolasiyaya daxil etməyə çağırıb.

PP- DB liderlərindən Kiril Petkov isə “Vazrajdane” ilə əməkdaşlıq təklifini kəskin şəkildə rədd edərək bu partiya ilə dərindən fərqli ideoloji baxışlara malik olduqlarını söyləyib.

Məlumatya görə, PP-DB-nin növbəti danışıqları APS- Hüquq və Azadlıqlar Alyansı ilə olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.