Press "Enter" to skip to content

Kəmaləddin Heydərov AEBA nümayəndəsi ilə görüşüb

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Hua Liunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları səmimi salamlayan K.Heydərov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın növbəti tarixi uğuru olaraq Bakıda keçirilən COP29-un əhəmiyyətini qeyd edib. Nazir Azərbaycanın AEBA-ya üzv olduğu 2001-ci ildən etibarən ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından danışıb, Azərbaycanda nüvə və radioloji fəaliyyət sahəsində tənzimləyici funksiyaları yerinə yetirən FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətindən bəhs edib. Təşkilatla həyata keçirilən birgə layihələrin, o cümlədən treninq və seminarların faydasından danışan nazir müxtəlif səviyyəli görüşlərin, keçirilən müzakirələrin münasibətlərə töhfə verdiyini deyib”.

Səmimi görüşə görə təşəkkürünü bildirən H.Liu Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Qonaq təmsil etdiyi təşkilatla milli əlaqələndirici qurum olan Azərbaycan FHN-nin əlaqələrinin yüksələn xətlə inkişafından, Azərbaycanda nüvə və radioloji təhlükəsizlik sahəsində görülən tədbirlərdən məmnunluq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.