Press "Enter" to skip to content

IV Beynəlxalq Türk Coğrafiyası Sosial Elmlər Araşdırmaları Konqresi

Onlayn çıxış zamanı

BAYRAQDAR MEDİA – 12 Noyabrda qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində Kütahya Türk Ocağı və Alfraganus Universitetinin təşkilatçılığıyla IV Beynəlxalq Türk Coğrafiyası Sosial Elmlər Araşdırmaları Konqresi işinə başlayıb. Üz-üzə və onlayn şəkildə keçirilən Beynəlxalq Konqresin əsas mövzusu Türk xalqlarının ortaq dəyərləridir.

Beynəlxalq Konqresdə onlayn şəkildə iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli “Orta çağ türk fəlsəfəsi və Yusif Xas Hacıbin “Qutadqu bilik” kitabı” mövzusunda məruzə edib. F.Ələkbərliyə görə Türk bilgəsi, filosofu Yusif Balasaqunlu bu əsəri ilə insan həyatının mənasını təhlil edib, onun cəmiyyət, eyni zamanda dövlət içindəki vəzifəsini təyin edən bir fəlsəfə – həyat fəlsəfəsi sistemi formalaşdırıb. “Qutadqu bilik” kitabının başlıca qayəsi ideal cəmiyyətin, insanın tərənnümündən ibarətdir.

Qeyd edək ki, xəbəri BAYRAQDAR MEDİA-ya Faiq Ələkbərli verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.