Press "Enter" to skip to content

Güney Azərbaycandan COP29-a müraciət

Güney Azərbaycanlılar həyəcan təbili çalır

BAYRAQDAR MEDİA Güney Azərbaycanın ətraf mühit, vətəndaş cəmiyyəti və siyasi fəallarının hazırda Bakıda keçirilən COP29-a müraciətini təqdim edir:

Salamlar. Qlobal ətraf mühitin qorunması və dəstəklənməsi yolunda sizə uğurlar arzulayırıq.

Bütün bəşəriyyətin ortaq sərvəti olan ətraf mühitin qorunması üçün, İranın qeyri-demokratik və məsuliyyətsiz hakimiyyətinin Güney Azərbaycanda yaratdığı əsas ətraf mühit problemlərini hazırda Azərbaycan Respublikasının ev sahibliyi etdiyi COP29 Sammitinin rəhbərliyinə çatdırmaq istərdik.

Ümid edirik ki, bu məktub vasitəsilə Güney Azərbaycanın ətraf mühit problemləri və tələbləri, xüsusən sammitin ev sahibi olan və haqlı olaraq özünü dünya Azərbaycanlılarının maraqlarının qoruyucusu kimi təqdim edən cənab Prezident İlham Əliyevin nəzərinə çatdırılacaqdır.

1.İran hökuməti tərəfindən Urmiya gölünün qəsdən qurudulmasının qarşısının alınması – Bu, birinci növbədə göl ətrafında yaşayan 15 milyon insanın həyatını birbaşa təhdid edir və mütəxəssislərin proqnozlarına görə, növbəti mərhələdə 500 km radiusda duz tozlarının yaratdığı potensial təhlükə olacaqdır.

2.Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından Araz çayına atılan kimyəvi və radioaktiv tullantıların dayandırılması və qarşısının alınması. Bu, Güney bölgələrində yaşayanlar arasında geniş yayılmış ağciyər, həzm və dəri xərçənglərinin artmasına səbəb olub. Bu çirklənmə Xəzər dənizinə də təsir göstərir və uzun müddət ərzində ekoloji təsirlərinin daha da ağırlaşacağı gözlənilir.

3.Təbriz və Binab şəhərlərindəki elektrik stansiyalarında mazutun yandırılmasının dərhal dayandırılması. Halbuki İsfahan, Əraq, Tehran və İranın digər bölgələrindəki elektrik stansiyaları mazut yandırmanı dayandırıb və təbii qazdan istifadə edir.

4.İran hökumətinə Qaradağ bölgəsində yerləşən Süngün mis yataqlarında, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran qızıl yataqlarında, Zəncan və Güney Azərbaycanın digər bölgələrində istismar məqsədilə həddindən artıq siyanid istifadə edilməsi ilə bağlı xəbərdarlıq. Bu, həmin ərazilərdə xəstəliklərin artmasına və ətraf mühitə geri dönməz ziyanlar vurulmasına səbəb olub.

5.Ətraf mühit fəallarına qarşı əsassız ittihamlarla cəza tədbirlərinin dayandırılması tələb olunur. Çünki onlar casusluq və xarici ölkələrlə əlaqə kimi əsassız ittihamlarla üzləşirlər.

Güney Azərbaycanın ətraf mühit, vətəndaş və siyasi fəalları

İmzalar:

1.Məcid Cavadi (Araz) – Dirəniş Təşkilatının sözçüsü
2.Saleh Kamrani – Azərbaycan Mərkəz Partiyası başqanı
3.Mahmud Bilgin – Güney Azərbaycan Demokrat Partiyası sözçüsü
4.Səid Əzizi – Azərbaycan Milli Dirəniş Təşkilatı Avropa təmsilçisi
5.Simin Səbri – Azərbaycan Demokrat Partiyası sözçüsü
6.Həbib Sasanian (Yakamoz) – müstəqil jurnalist
7.Süheyla Əzizi – Azərbaycan Milli Dirəniş Təşkilatı Qadın Qolları sədri
8.İsmail Cavadi Araz – Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şura üzvü
9.Babək Azəroğlu – milli fəal
10.Səfərəli Quluzadə – Güney Azərbaycan Demokrat Partiyası üzvü
11.Muctaba Nəcəfi – milli fəal
12. Əli Həmzə Zadə – milli fəal
13.Cemal Mehmethanoğlu – ÇAĞDAŞ Azerbaycan Kültür Merkezi İZMİR başqanı
14.Əli Süleymani – jurnalist, milli fəal
15.Şərifə Cəfəri – İşıq Yol Azərbaycan Kültür və Ədəbiyyat Cəmiyyətinin sədri, şairə
16. Oğuz Bahadır – Azərbaycan Milli Dirəniş Təşkilatı Gənclik Qolları sorumlusu
17.Yaşar Həkkakpur – insan haqları fəalı
18.İnsafəli Hidayət – jurnalist, milli fəal
19. Araz Sulduzlu – jurnalist, milli fəal
20.Səməd Muğanlı Qaşqay – milli fəal
21.Hüseyn Həsənpur – milli fəal
22.Səttar İslami – milli-mədəni fəal
23.Məhəmmd Əmin Mirzeyi – milli fəal
24.Behzad Ağdamlı – həkim və insan haqları fəalı
25.Səhənd Əmanzadə – ətraf mühit fəalı
26.Bəhram Qəhrəmani – milli fəal
27.Heydər Əkbəri – şair, nəzəriyyəçi
28.Əli Hacıməhəmmədi Sulduzlu – milli-mədəni fəal
29. Mehdi Azmayəndə – vəkil

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.