Press "Enter" to skip to content

Fikrət Əliyev: Şər qüvvələr, anti-Azərbaycan dairələr yenə də məğlub oldular

Fikrət Əliyev

Son yeniləmə: 14 Noyabr 2024 10:33

BAYRAQDAR MEDİA – “Bu vaxta kimi Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Ölkəmiz hazırda isə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Kimsə şübhə etmir ki, bu ev sahibliyi COP tədbirləri çərçivəsində öz möhtəşəmliyi ilə tarixə düşəcək”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyev deyib.

Müsahibimiz bunun nə qədər fərəh hissi yaratdığını vurğulamaqla yanaşı, Azərbaycan əleyhinə olan qüvvələrin öz ənənəvi xislətlərindən əl çəkmədiklərinin də təəssüf doğurduğunu bildirib: “Bu bir həqiqətdir ki, biz ölkə və xalq olaraq hər zaman dünyanın tək bu günü üçün deyil, gələcəyi üçün də çalışmışıq. Necə ki, bunu hazırda COP29-a ev sahibliyi etməklə bir daha nümayiş etdiririk. Lakin təəssüflər olsun ki, biz dünya üçün düşündüyümüzün heç olması yarısı qədər dünya, daha dəqiq desək Qərbin bəzi dairələri bəşəriyyət üçün düşünmür. Həmin dairələri bu gün dünyanın, insanlığın, bəşəriyyətin gələcəyi deyil, bəzi ölkələrin qaranlıq arzuları düşündürür. Əgər belə olmasaydı bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları COP29 ərərfəsində daha da intensivləşməzdi”.

F.Əliyev qeyd edib ki, bu addımlar həmin qara kampaniyanın önündə gedən, belə deyək, boykotu təşviq edən dairələrin əsl mahiyyətini ortaya qoyur: “Görünən odur ki, bu dairələri heç də bəşəriyyətin, insanlığın gələcəyi deyil, öz qaranlıq məqsədləri düşündürür. Lakin əvvəlki tədbirlər zamanı olduğu kimi bu dəfə də Azərbaycan əleyhinə qara təbliğat aparan dairələrin cəhdləri iflasa uğradı. Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bəyan etdiyi kimi COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, göründüyü kimi dünya Bakıya toplaşıb. Bir sözlə, şər qüvvələr, antiAzərbaycan dairələr yenə də məğlub oldular”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.