Son yeniləmə: 14 Noyabr 2024 08:06
Orxan Zeynalov: Əsas çağırış, bu resursları cəlb etmək və onları ədalətli şəkildə paylamaqdır
BAYRAQDAR MEDİA – Bakıda COP29 Sədrliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) birgə təşkilatçılığı ilə “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirində energetika nazirinin müavini Orxan Zeynalov çıxış edib: “Nazir müavini Azərbaycanın “yaşıl enerji” sahəsində həyata keçirdiyi layihələr, karbon emissiyalarının azaldılması və enerji keçidi planlarından bəhs edib. Enerji keçidinin bütün təmiz enerji növlərindən istifadəni aktuallaşdırdığını qeyd edib”.
Məlumata görə, çıxışda o da vurğulanıb ki, nüvə texnologiyalarının geniş miqyasda tətbiqi və inkişafı yalnız siyasi iradə ilə deyil, həm də əhəmiyyətli maliyyə dəstəyi ilə mümkün ola bilər. “Burada əsas çağırış, bu resursları cəlb etmək və onları ədalətli şəkildə paylamaqdır ki, hər bir ölkə, xüsusən də inkişaf etməkdə olanlar, bu keçiddə bərabər iştirak edə bilsin” .
Tədbir panel müzakirələrlə davam edib.
İlk şərhi yaza bilərsiniz