Son yeniləmə: 14 Noyabr 2024 15:52
BAYRAQDAR MEDİA – Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət istiqamətdə təsir göstərməkdə davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469.802 vahid artıb”.
Beləliklə bu say 2024-cü il noyabr ayının 1-nə 1.871.717 olub.
Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 445.682 vahid artaraq 985.604 təşkil edib.
İlk şərhi yaza bilərsiniz