Press "Enter" to skip to content

Eko-müstəmləkəçilik

“Eko-müstəmləkəçilik: “Eko-kolonializm: müstəmləkəçilik və neokolonial istismarın ekoloji mirası” adlı yan tədbir

Son yeniləmə: 14 Noyabr 2024 08:07

Bakı Təşəbbüs Qrupu COP29 çərçivəsində müstəmləkəçiliyin uzunmüddətli ekoloji nəticələrinə dair yan tədbir keçirib

BAYRAQDAR MEDİA – COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) “Eko-müstəmləkəçilik: “Eko-kolonializm: müstəmləkəçilik və neokolonial istismarın ekoloji mirası” adlı yan tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Milli QHT Forumundan məlumat verilib.

Bildirilib ki, “tədbirdə müstəmləkəçi dövlətlərin uzun illərdir əsarət altında saxladığı ərazilərdə təbiətə vurulmuş ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində aparılan işlər, xüsusilə də ekoloji baxımdan istismara məruz qalan bu ərazilərdə törədilən ekoloji cinayətlərə diqqəti cəlb edilib. Fransa və Niderland müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki cari vəziyyətdən danışıblar, həmçinin müstəmləkə ərazilərində müstəmləkəçi güclərin dənizaşırı ərazilərdə resursların qeyri-qanuni istismarını, meşələrin qırılması, torpaqların çirklənməsi, o cümlədən Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının hələ də qalması və təsirə məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Qvadelupda xlordekon maddəsindən istifadə nəticəsində təbiətin çirklənməsi və onun yerli əhalinin səhhətinə vurduğu ciddi ziyanlar geniş müzakirə olunub”.

Məlumata görə, o da vurğulanıb ki, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, o cümlədən Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması ağır nəticələrə səbəb olub: “Spikerlər Dənizaşırı ərazilərdə iqlim dəyişmələrinin daha fəsadlı olmasını kolonializm ilə əlaqələndirib, Fransa və Niderlanddan yerli xalqların tələblərinə diqqət yetirməti tələb ediblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) bu yan tədbiri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində təşkil olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.