Press "Enter" to skip to content

COP29 çərçivəsində vacib Bəyannamə

Sənəd imzalandıqdan sonra

BAYRAQDAR MEDİA – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Mərkəzi Asiya ölkələrinin nazirləri “İqlim Dəyişikliyi, Buzlaqlar və Transsərhəd Əməkdaşlıq üzrə Tərəfdaşlıq” mövzusunda birgə Bəyannamə imzalayıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu mühüm tədbirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ətraf mühit nazirləri, həmçinin Asiya İnkişaf Bankı (AİB) və Yaşıl İqlim Fondunun nümayəndələri iştirak ediblər. Tədbirdə sözügedən Fondun və AİB tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Buzlaqlardan Təsərrüfatlara” (G2F) proqramının icrasına başlanılması müzakirə olunub. Proqramın məqsədi buzlaqların əriməsinin təsirlərini azaltmaq, su və ərzaq təhlükəsizliyini təmin etmək üçün iqlim dayanıqlığına yönəlmiş tədbirləri dəstəkləməkdir”.

Daha sonra xəbərdə, “Azərbaycanın su çatışmazlığı və iqlim dəyişikliyindən artan təsirləri nəzərə alınaraq, G2F proqramı ölkənin milli maraqlarına uyğun olaraq xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Bəyannamə məlumat və təcrübə mübadiləsini, erkən xəbərdarlıq sistemlərinin inkişafını və iqlimə uyğun həllərin tətbiqini təşviq edir. Bu Bəyannamə, Mərkəzi və Qərbi Asiya regionunda buzlaqların qorunması və iqlim dəyişikliyinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində mühüm addım olaraq dəyərləndirilir” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.