Press "Enter" to skip to content

Azərbaycanın sosial layihələrinə yüksək qiymət

Mükafatlandırma mərasimindən xatirə fotosu

Son yeniləmə: 14 Noyabr 2024 16:03

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən Beynəlxalq SOS Fondunun “Duty of Care 2024” müsabiqəsinə təqdim olunan “Proaktiv təyinat mexanizmi” və “Əmək və Məşğulluq” altsistemi layihələri münsifər heyəti tərəfindən yüksək qiymət alıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “hər iki layihə müsabiqənin “İnnovasiya” kateqoriyası üzrə qalib seçilərək mükafatlara layiq görülüb. Mükafatlar Avstraliya İttifaqının Sidney şəhərində keçirilmiş “Qayğı Vəzifəsi Sammiti”ndə Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərova təqdim olunub”.

Məlumata görə, “Yenidən təsəvvür edilən gələcək üçün aparıcı dəyişiklik” mövzusunda təşkil edilmiş müsabiqəyə Avstraliya, Yeni Zelandiya, ABŞ, Almaniya, Polşa, Çin, Koreya, Malayziya, Sinqapur və s. daxil olmaqla 29 ölkədən layihələr təqdim edilib: “Beləliklə, ilk dəfə olaraq Azərbaycanın rəqəmsal sosial layihələri Avstraliya qitəsində mükafata layiq görülüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.