Press "Enter" to skip to content

Dünya bizim ortaq evimizdir

Fahrettin Altunun videomüraciəti təqdim edilərkən

Son yeniləmə: 12 Noyabr 2024 12:28

Fahrettin Altun: Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi diplomatiyasındakı lider rolunu nümayiş etdirən həlledici addım olaraq, Sıfır Tullantı Layihəsi qlobal əməkdaşlıq və həmrəyliklə sözün əsl mənasında uğur qazanacaq

BAYRAQDAR MEDİA – Azərbaycan bu günlər mühüm və dünya üçün xüsusi əhəmiyyət kəsb edən beynəlxalq tədbirə ev sahibliyi edir. Məlum olduğu kimi 11-22 noyabr tarixlərində Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Həmçinin COP29 çərçivəsində isə bir sıra tədbirlər təşkil edilir.

COP29 çərçivəsində daha bir mühüm tədbir

Belə tədbirlərdən biri də noyabrın 11-də Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə Bakıda reallaşdı. Açılış mərasimndə də qeyd edildiyi kimi “Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda dəyirmi masa Beynəlxalq Strateji Kommunikasiya Sammiti (Stratcom Summit) çərçivəsində reallaşırdı.

Emine xanım Erdoğanın müəllifi olduğu Sıfır Atık Layihəsi barədə vodeotəqdimat
Emine xanım Erdoğanın müəllifi olduğu Sıfır Atık Layihəsi barədə vodeotəqdimat

Beləliklə, Siyasət, İqtisadiyyat və Sosial Araşdırmalar Vəqfi (SETA) Vaşinqton Araşdırma Direktoru Dos. Dr. Kılıç Buğra Kanatın moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanının müavini Dos.Dr. Çağatay Özdemir, Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir, dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin akademiklər və media təmsilçiləri iştirak edirdi.

Tədbir zamanı
Tədbir zamanı

Dəyirmi masada öncə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sıfır Tullantı Məsləhət Şurasının sədri Emine xanım Erdoğanın təşəbbüsü ilə həyata keçirilən Sıfır Tullantı Layihəsi barədə videotəqdim oldu.

Sonra isə Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altunun dəyirmi masa iştirakçılarına videomüraciəti təqdim edildi.

İqlim böhranı dünyanın bu günü və gələcəyi ilə birbaşa əlaqəli olan ən mühüm problemlərdən biridir

Videomüraciətdə Fahrettin Altun dedi ki, iqlim böhranı dünyanın bu günü və gələcəyi ilə birbaşa əlaqəli olan ən mühüm problemlərdən biridir: “Türkiyə məsələyə 2053-cü ildən etibarən xalis sıfır emissiya prinsipi ilə yanaşır. Bildiyiniz kimi, dünya ümumi istixana qazı emissiyalarının yalnız 1 faizini istehsal etməsinə baxmayaraq, Türkiyə qlobal birliyin məsul üzvü kimi 6 oktyabr 2021-ci ildə Paris İqlim Dəyişikliyi Sazişini imzaladı”.

Telman Nüsrətoğlu çıxış edərkən
Telman Nüsrətoğlu çıxış edərkən

Videomüraciətində 11 oktyabr 2021-ci il tarixində Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi olaraq yenidən təşkil edildiyini xatırladan F.Altun, bunlarla yanaşı, ölkədə İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyası və Fəaliyyət Planının da həyata keçirildiyini bildirdi.

Mübariz Yunus çıxış edərkən
Mübariz Yunus çıxış edərkən

İletişim Başqanı Türkiyə Cumhurbaşqanı Recep Tayyip Erdoğanın həyat yoldaşı Emine Erdoğanın himayəsi ilə həyata keçrilən və hazırda bütün dünyada tanınan Sıfır Tullantı Layihəsinin Türkiyənin ətraf mühitə qarşı həssas siyasətini beynəlxalq səviyyəyə çatdırdığını vurğuladı.

Nadir Azəri çıxış edərkən
Nadir Azəri çıxış edərkən

F.Altun sözlərini belə davam etdirdi: “Türk Əsrinin ən böyük ətraf mühit hərəkatı olan Sıfır Tullantı Layihəsi, Birləşmiş Millətlər Təşkilatının 30 mart tarixini “Beynəlxalq Sıfır Tullantı Günü” elan etməsi ilə dünya brendinə çevrildi”.

Nazim Cəfərsoy çıxış edərkən
Nazim Cəfərsoy çıxış edərkən

Vurğulandı ki, “xanım Emine Erdoğan, Sıfır Tullantı Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurası başqanı olaraq “Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsini” 2023-cü ildə BMT-nin 78-ci Baş Assambleyasında qlobal imza üçün açdı. Bu gün 83 ölkədən on minlərlə insan, o cümlədən 30-dan çox dövlət və hökumət başçılarının həyat yoldaşı bu sazişi onlayn imzalayıb və istehsal və istehlak proseslərində “Sıfır Tullantı” fəlsəfəsi ilə hərəkət edəcəklərini öhdələrinə götürüblər”.

Təbiətin qədrini bilən nəsillər yetişdirilməlidir

F.Altun əmin olduğunu bildirdi ki, Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi diplomatiyasındakı lider rolunu nümayiş etdirən həlledici addım olaraq, Sıfır Tullantı Layihəsi qlobal əməkdaşlıq və həmrəyliklə sözün əsl mənasında uğur qazanacaq: “Biz də ekoloji məsələni davamlı inkişafdan ayrı nəzərdən keçirməliyik ki, bu da günümüzün ehtiyaclarını gələcək nəsillərin də ehtiyaclarını qarşılamaq potensialını riskə atmadan qarşılamaq deməkdir. Türkiyə davamlı inkişaf hədəflərinə çatmaq üçün bərpa olunan enerji sərmayələrini artıraraq ekoloji, iqtisadi və sosial sahələrdə balanslı böyüməyə nail olmaqda qətiyyətlidir. Bu nöqtədə ətraf mühitə həssas, təbiətin dəyərini bilən və nəsillərin yetişdirilməsinə önəm verilməlidir”.

Şəkildə soldan sağa:Siyasət, İqtisadiyyat və Sosial Araşdırmalar Vəqfi (SETA) Vaşinqton Araşdırma Direktoru Dos. Dr. Kılıç Buğra Kanat, Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanının müavini Dos. Dr. Çağatay Özdemir və Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir
Şəkildə soldan sağa:Siyasət, İqtisadiyyat və Sosial Araşdırmalar Vəqfi (SETA) Vaşinqton Araşdırma Direktoru Dos. Dr. Kılıç Buğra Kanat, Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanının müavini Dos. Dr. Çağatay Özdemir və Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir

İletişim Başqanı sonda “İnanıram ki, İletişim Başqanlığımızın himayəsi altında keçirilən toplantının təmin etdiyi ünsiyyət mühiti, gələcəyimizə də təsir edən bu böhrana həll yolu tapmaqda faydalı olacaq. “Dünya bizim ortaq evimizdir” deyərək, dəyərli töhfələriniz və əməkdaşlığınız üçün hamınıza bir daha təşəkkür edirəm” dedi.

İqlim böhranında strateji kommunikasiyanın əhəmiyyəti

Daha sonra dəyirmi masa iştirakçıların çıxışları və müzakirə ilə davam etdirildi.

Rufis Hafizoğlu çıxış edərkən
Rufis Hafizoğlu çıxış edərkən

Sıfır tullantı mövzusunun əsas prioritet kimi müəyyən edildiyi dəyirmi masada müzakirələr “Sıfır tullantı” çərçivəsində iqlim böhranı ilə mübarizədə xüsusi və ictimai əməkdaşlıq; dayanıqlı enerji və inkişaf; iqlim böhranının beynəlxalq münasibətlərdə yaratdığı yeni çağırışlar; Türkiyənin yaşıl inkişaf sahəsindəki irəliləyişləri; təhsil və maarifləndirmə yolu ilə “Sıfır tullantı” mədəniyyətinin yayılması; iqlim dezinformasiyası ilə mübarizə və iqlim böhranında strateji kommunikasiyanın əhəmiyyəti mövzuları ətrafında oldu.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Çıxışlarda o da qeyd edildi ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, Türk dünyasının qlobal aləmdə rolunu gücləndirməklə yanaşı, “Sıfır tullantı” mövzusunu əsas prioritet olaraq dəyərləndirmək üçün əhəmiyyətli bir fürsət təqdim edir.

Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanının müavini Dos. Dr. Çağatay Özdemir və CASCFEN sədri Nadir Azəri
Türkiyə Cumhurbaşqanlığı İletişim Başqanının müavini Dos. Dr. Çağatay Özdemir və CASCFEN sədri Nadir Azəri

Həmçinin, o da bəyan edildi ki, mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə səmərəli strategiyaların formalaşmasına töhfə verəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.