Press "Enter" to skip to content

Zəfər Gününə həsr olunmuş konsert

Konsertdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kollecin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “əvvəlcə kollecin 44 günlük Vətən müharibəsində canından keçən altı şəhidinin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Sonra kollecin foyesində təşkil olunmuş Kinooperator sənəti və Dekorativ tətbiqi sənət və bədii xalça ixtisasının tələbələrinin 8 Noyabr – Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Kollecin akt zalında davam edən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib”.

Dövlət Himni səslənir
Dövlət Himni səslənir

Daha sonra xəbərdə, “Humanitar Kollecin direktoru Dos. Nərmin Qaralova açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Direktor qeyd edib ki, 8 Noyabr – Vətən müharibəsində qazanılmış qələbə şanlı Zəfərin simvoludur. O həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfər Azərbaycan Ordusunun gücünün, xalqın birlik və həmrəyliyinin bariz təcəssümüdür” deyə qeyd olunur.

Hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsinin tarixindən bəhs edilən konsert proqramında Kollecin müəllim və tələbə heyətinin ifasında igidlərin ruhunu yaşadan, Vətənə məhəbbəti ifadə edən, həm də Zəfərin qürurunu yaşadan “Torpağın səsi”, “Bu torpağın, bu diyarın”, “Min yaşasın”, “Biz Zəfər qazanmışıq”, “Qarabağ”, “Ey Vətən”, “Zəfərin Mübarək” kimi yerli bəstəkarların mahnıları və şeirlər səslənib, konsert iştirakçılar tərəfindən sürəkli alqışlarlarla qarşılanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.