Son yeniləmə: 7 Noyabr 2024 08:04
BAYRAQDAR MEDİA – Cümhurbaşqanı Recep Tayyip Erdoğan türk dünyasının böyük ziyalısı İsmayıl Qaspıralının “dildə, fikirdə və işdə birlik” şüarı olan xatirə sikkəsini liderlərə təqdim edib.
Bu barədə trthaber.com saytı məlumat yayıb.
Bildirilib ki, “R.T.Erdoğan Bişkekdə Prezident sarayında keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında çıxış edib. Ölkələr arasında daha güclü əlaqələr qurmaq və ortaq gələcək qurmaq məqsədi daşıyan TDT-nin yaranmasının 15-ci ildönümünün ötən ay qeyd edildiyini xatırladan R.T.Erdoğan, türk dünyasının böyük ziyalısı İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” devizli xatirə sikkəsini xüsusi olaraq bu yubiley üçün təqdim etməkdən xoşbəxt olduğunu bildirib”.
Məlumatda bildirilib ki, “Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, KKTC, Macarıstan, Qırğızıstan və Azərbaycanın bayraqlarının əks olunduğu xatirə sikkəsində “Dildə, fikirdə və işdə birlik” ifadəsi yer alıb. Xatirə sikkəsinin bir üzündə Türk Dövlətləri Təşkilatının bayrağı, adı və yaranma tarixi, 3 oktyabr 2009-cu il yazısı var”.
İlk şərhi yaza bilərsiniz