BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Universitetin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “R.İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat – maliyyə kredit fakültəsini bakalavriat səviyyəsində bitirib, daha sonra Naxçıvan Dövlət Universitetində sosial idarəetmə və hüquq – hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb. O, “Aztelekom” MMC, “Modern Group of Companies – Alyans Tekstil”, “Şamaxı Rixos” və “Şamaxı Palace” hotelləri, “PMD Group” kimi şirkətlərdə maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatadək isə “Baku Business Group”da İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib”.