Press "Enter" to skip to content

MEK-də “Yaşıl dünya naminə həmrəylik ili” virtual sərgisi

Yaşıl dünya naminə həmrəylik ili

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgi hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə Ümummilli Lider Heydər Əliyevin təbiət haqqında dəyərli fikirləri, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29), “Hərəmiz bir ağac əkək!” aksiyası, MEK-in “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələri və bu kimi məlumatlar əksini tapıb”.

Sonra xəbərdə, “sərgidə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, yaşıl enerji növlərinin yaradılması, Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə: ekoloji problemlər, ekoloji siyasət, ekoloji təhlükəsizliyə aid ingilis, rus, alman, türk və başqa dillərdə 200-dən çox dərslik, dərs vəsaiti, atlas, ensiklopedik lüğət, konfrans materialları və digər nəşrlər təqdim olunur” deyə bildirilir.

Xəbərdə həmçinin bildirilir ki, “dəyərli nəşrlər sırasında “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi, “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat”, “Yaşıl inkişaf. Enerji səmərəliliyi və alternativ mənbələr”, “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları”, “Davamlı inkişaf və ekoloji təhlükəsizlik problemləri”, “İntellektual ekologiya”, “Ekologiya, ətraf mühit və insan”, “İqlim dəyişmələri və ekoloji stabillik”, “Ekoloji menecment’, “The economics and politics of climate change” (“İqlim dəyişmələrinin iqtisadiyyatı və siyasəti”), “Ensiklopedik ekoloji lüğət”, “Meşələrin ekoloji rolu”, “Парниковый эффект, изменение климата и экосистемы” (“İstixana effekti, iqlim dəyişmələri və ekosistemlər”), “Küreselleşen kalkınma. Bir eleştiri” (“Qloballaşmış inkişaf. Bir tənqid”), “Biocoğrafiya”, “Təbiəti qoruyaq”, “Azərbaycanın meşələri”, “Eko energetika” elmi-texniki jurnalı və başqaları yer alıb”.

Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İlboyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən biologiya, ekologiya, coğrafiya, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr, ali və orta məktəb müəllimləri, bu sahələrdə çalışan mütəxəssislər də yararlana bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.