BAYRAQDAR MEDİA – 6 noyabr 2024-cü il tarixində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı idman növü üzrə yarış keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “yarışda 36 dövlət qurumundan 65 kişi, 49 qadın əməkdaş əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.
Yarışda iştirak edən FHN-in atıcılıq üzrə komandasının əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb. Qadınlar arasında güllə atıcılığı yarışında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Aynur Məmmədova 10 metr məsafədən 10 atəş üzrə 81 xal toplayaraq yarışın gümüş medalına sahib olub”.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.