BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 6-da qardaş Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşü keçirilib. Görüşün sonunda üzv dövlətlərin Bişkek Bildirisi qəbul edilib.
TDT saytında yayımlanmış 14 səhifəlik, 121 maddəlik sənədi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə dövlət başçıları imzalayıb.