Press "Enter" to skip to content

Kərkükə Azərbaycan diqqəti

Kərkük Füzuli İbtidai məktəbi

Son yeniləmə: 6 Noyabr 2024 08:20

Füzuli ibtidai məktəbi Azərbaycanın dəstəyi ilə yenilənib

BAYRAQDAR MEDİA – Azərbaycan hökumətinin dəstəyi ilə türk yurdu Kərkükdə türkcə təhsil verən və böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan Füzuli İbtidai məktəbi yenilənib. Məktəbin açılış mərasimində Azərbaycanın Bağdaddakı səfiri Nəsir Məmmədov, Kərkük valisi Rebvar Taha, professor-müəllim heyəti və çoxlu sayda kərküklü iştirak edib.

Mərasimdə çıxış edən səfir Füzuli irsinin Azərbaycanda ədəbi fikrin inkişafında xüsusi yeri olduğunu vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın icrası çərçivəsində ölkə daxilində və xaricdə bir sıra tədbirlər təşkil olunub”.

Qeyd edək ki, bu barədə səfir sosial şəbəkə hesabında paylaşımlar edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.