Press "Enter" to skip to content

Ersin Tatar TDT Sammitində iştirak üçün Qırğızıstandadır

Ersin Tatar Qırğızıstanda

Son yeniləmə: 6 Noyabr 2024 07:59

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısı 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Sammit “Türk dünyasının güclənməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı ilə keçiriləcək. TDT üzvü və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları bir araya gələcək”.

Məlumatda deyilir ki, artıq Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı (KKTC) Ersin Tatar da Qırğızıstanın paytaxtı Bişkekə səfər edib: “11 noyabr 2022-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçirilən 9-cu Zirvə Toplantısında təşkilata yekdilliklə qoşulan KKTC bu il ilk dəfə prezidentlər səviyyəsində toplantıda iştirak edəcək. KKTC TDT-yə üzv olduqdan sonra Qazaxıstanda keçirilən 10-cu Dövlət Başçıları Zirvə toplantısına qatılmayıb və bu, müzakirə mövzusu olub. Daha sonra E.Tatar 2024-cü il iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən TDT Dövlət Başçılarının Qeyri-rəsmi Sammitinə dəvət edərək, orada iştirak edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.