Son yeniləmə: 6 Noyabr 2024 10:11
Cavid Aydın: Sərgidə Qarabağın azadlığı və şanlı Zəfərimizin rəmzlərinin fotoşəkilləri yer alır
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi “Azərbaycanın tarixi zəfərinin 4-cü ildönümü münasibəti ilə Eskişehirdə “İki dövlət, bir zəfər” başlığı ilə silsilə tədbirlər keçirilir. Artıq bu istiqamətdə ilk tədbirlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
Onun sözlərinə görə, proqram çərçivəsində ilk tədbir noyabrın 5-də yerli vaxtla saat 13:30-da Eskişehir İl Mədəniyyət və Turizm Müdirliyi Gözəl Sənətlər Qalereyasında Zəfərə həsr edilmiş fotosərginin açılışı olub: “Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov, Eskişehir valisi Hüseyin Aksoy, vali yardımçısı, kaymakam, Eskişehir Böyükşəhər Bələdiyyəsini təmsilən Bələdiyyə Məclis üzvü və digər rəsmu şəxslər iştirak etdilər. Qeyd edim ki, “İki dövlət, bir Zəfər. Qarabağın azadlığı” mövzusunda təşkil olunan sərgidə Qarabağın azadlığı və şanlı Zəfərimizin rəmzlərinin fotoşəkilləri yer alır. Həmin fotolar böyük maraqla izləndi”.
Cavid Aydının sözlərinə görə, sərgidən sonra geniş toplantı oldu: “Şəhidlərin əziz xatirəsinin yad edilməsi və iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra vali Hüseyin Aksoy çıxış etdi. Sonra isə səfir Rəşad Məmmədov səhnəyə dəvə edildi. Cənab səfir iştirakçıların suallarını cavablandırdı”.
Qeyd edilib ki, sonda qarşılıqlı olaraq plaket və hədiyyələr təqdim edilib, həmçinin xatirə fotosu çəkilib.
Tədbirlər Eskişehir valiliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eskişehir Mədəniyyət və Turizm Müdirliyi, Türk Dünyası Vəqfi və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
İlk şərhi yaza bilərsiniz