Press "Enter" to skip to content

Azərbaycan səfiri beynəlxalq tədbirdə COP29-la bağlı çıxış edib

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 6 Noyabr 2024 10:26

BAYRAQDAR MEDİA – Baham Adalarının Böyük Bahama (Grand Bahama) şəhərində bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiya Həftəsi” tədbiri keçirilib. Tədbir çərçivəsində keçirilən “İqlimə Həssas Dövlətlər üçün Dayanıqlı İnkişaf Gündəliyi” (A Sustainable Development Agendafor Climate Vulnerable States) adlı panel müzakirələrində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev COP29-la bağlı çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “səfir Azərbaycanın COP29-a hazırlığı və sədrliyi çərçivəsindəki fəaliyyəti barədə məlumat verib. Bu xüsusda ölkəmizin baxışının iki istiqamətə, ambisiyaların artırılması və fəaliyyətə təkan verməyə əsaslandığını bildirilib. Tərəf ölkələrin milli planlara və şəffaflığa sadiqliyinin təmin edilməsi, ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu qeyd edib”.

Məlumata görə, R.RzayevAzərbaycanın COP29-un sədri qismində bütün maraqlı tərəfləri dinlədiyini, onlarla əməkdaşlıq etdiyini deyib: “Diplomat, geniş müzakirələr apardığını, hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına və ortaq həll yolları axtarmaqla inklüziv nəticələrin əldə edilməsinə çalışdığını söyləyib. İqlim dəyişmələrinə həssas olan İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) ilə bağlı Sədrliyin fəaliyyəti, Azərbaycanın bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab etdiyini, onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərməsibarədə danışıb. Çıxış zamanı səfir, həmçinin, Azərbaycanın COP29-a Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş qlobal təşəbbüslər barədə məlumat verərək bu təşəbbüslərin məqsədinin iqlim fəaliyyətini irəlilətmək, iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək olduğunu bildirib. Panel müzakirələri daha sonra sual-cavab hissəsi ilə davam edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.