Press "Enter" to skip to content

Qədim tariximizlə bağlı maraqlı təşəbbüs

Günel Yaz Qobustanda

Son yeniləmə: 5 Noyabr 2024 14:59

Günel Yaz: Məqsədim Azərbaycan milli dəyərlərini qorumaq və tanıtmaq üçün Qobustan qayaüstü təsvirlərini bir daha cəmiyyətə çatdırmaqdır

BAYRAQDAR MEDİA – “Burada mənim əsas məqsədim Azərbaycan milli dəyərlərini qorumaq və tanıtmaq üçün Qobustan qayaüstü təsvirlərini bir daha cəmiyyətə çatdırmaqdır. Bu, unikal abidələr, xalqımızın tarixi irsinin dərinliklərini və qədim mədəniyyətini əks etdirən qiymətli sərvətlərdir. Yəni çəkilişlərin əsas məqsədi bu dəyərləri ictimaiyyətə daha geniş tanıtmaq, gənc nəsillərdə tarixi yaddaşı möhkəmləndirməkdir”.

Tarixi məkan Qobustan
Tarixi məkan Qobustan

Bunu Qobustan qayaüstü təsvirləri önündə çəkilən video ilə bağlı BAYRAQDAR MEDİA-nın suallarını cavablandıran Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, jurnalist Günel Yaz deyib.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Günel Yazın Qobustan qayaüstü təsvirləri önündə, həmçinin, Qobustan qayalıqlarında çəkilmiş maraqlı videogörüntülərinə rast gəldik.

Bu görüntülərin çəkilmə səbəbinə aydınlıq gətirmək üçün də məhz Günel Yazın özünə müraciət etdik.

G.Yaz onu da əlavə etdi ki, Azərbaycanın mirvarisi sayılan Qobustan, qədim insanların həyatından izlər daşıyan bir açıq hava muzeyidir: “Burada daş dövründən qalma qayaüstü rəsmlər, qədim məskənlər və izlər, tarixin dərinliklərindən bizə mesajlar gətirir. Qobustan insan mədəniyyətinin ilk addımlarını, bəşər tarixinin başlanğıcını görmək üçün mükəmməl bir yerdir. Hesab edirəm ki, tarixlə bağlarımızı qoparmamaq üçün Qobustan kimi yerləri diqqətdə saxlamalıyıq. Ondan yola çıxaraq da bu gözəllikləri və tarix dolu qayaüstü rəsmləri bir daha təbliğ etmək üçün könüllü olaraq bu işi gördüm. Və bir video ilə o hissləri insanlara ötürməyə çalışdım”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.