BAYRAQDAR MEDİA – 6-11 noyabrda qardaş Qazaxıstanın Şımkent şəhərində Orta Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Festivalda Musiqili Teatr Azərbaycanı gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası ilə təmsil edəcək”.
Qeyd edək ki, tamaşanın yeganə qəhrəmanı – Killer Cəlil obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
İlk şərhi yaza bilərsiniz