Son yeniləmə: 5 Noyabr 2024 17:54
BAYRAQDAR MEDİA – İranın Ermənistandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed iki ölkə arasındakı elmi və mədəni əlaqələrin genişləndirilməsi üçün Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri ilə görüşüb.
Xəbəri “Azad İran” Telegram kanalı “Shabestan” saytına istinadla yayıb.
Bildirilir ki, “görüşdə İran və Ermənistan arasında elm və təhsil imkanları araşdırılıb. Şərqşünaslıq İnstitutunun rəhbəri 2018-ci ildə İranın Şəhid Beheşti Universiteti ilə Ermənistan Elmlər Akademiyası arasında imzalanan Əməkdaşlıq Memorandumuna diqqət çəkib. Tərəflər mövcud razılaşmaya yenidən baxılması və yenilənməsinin və ya yeni Anlaşma Memorandumunun imzalanmasının zəruriliyini vurğulayıblar”.
İlk şərhi yaza bilərsiniz