Son yeniləmə: 5 Noyabr 2024 09:04
BAYRAQDAR MEDİA – Noyabrın 4-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub
Xarici İşlər Nazirliyinin məlumatına əsasən telefon danışığı zamanı Orta Doğuda cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub: “Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub”.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlk şərhi yaza bilərsiniz