Press "Enter" to skip to content

“İki dövlət, bir zəfər”

Cavid Aydın

Son yeniləmə: 5 Noyabr 2024 11:57

Cavid Aydın: Eskişehirdə tarixi zəfərin 4-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi qardaş Türkiyənin bir çox yerində 8 Noyabr – Azərbaycan Zəfər Günü münasibətilə tədbirlər keçiriləcək.

Bu sırada Eskişehir də fərqlənənlər sırasındadır.

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskieşhir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) sədri Cavid Aydın məlumat verib.

O, “Azərbaycanın tarixi zəfərinin 4-cü ildönümü münasibəti ilə Eskişehirdə “İki dövlət, bir zəfər” başlığı ilə silsilə tədbirlər keçiriləcək. Əvvəla onu deyim ki, bu tədbirləri Eskişehir İl Mədəniyyət və Turizm Müdirliyi və Türk Dünyası Vəqfi ilə birgə təşkil etmişik. Beləliklə, ilk olaraq noyabrın 5-də yerli vaxtla saat 13.30 zəfərə həsr edilmiş sərginin açılışı olacaq. Açılış məraismində Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov da iştirak və çıxış edəcək” deyib.

Cavid Aydının sözlərinə görə, növbəti tədbir isə noyabrın 7-də olacaq: “Həmin gün Eskişehir İl Mədəniyyət və Turizm Müdirliyi Gözəl Sənətlər Qalereyasında zəfər gününün 4-cü ildönümünə həsr edilmiş bayram tədbiri keçiriləcək. Mən Eskişehirdəki azərbaycanlıları və bütün könül dostlarımızı bu tədbirlərə dəvət edirəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.