Press "Enter" to skip to content

Heydər Əliyev Beynəlxalq Aeroportu: Bakının dünyaya açılan qapısı

Heydər Əliyev Beynəlxalq Aeroportu

BAYRAQDAR MEDİA – Heydər Əliyev Beynəlxalq Aeroportu Bakını 80-dən çox beynəlxalq istiqamətlə birləşdirərək Azərbaycanı qlobal səyahət mərkəzi kimi dünyaya təqdim edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aeroportun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Avropanın London, Paris və Roma kimi əsas şəhərlərindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyaya qədər geniş marşrut şəbəkəsi sərnişinlərə müxtəlif istiqamətlərdə səyahət üçün geniş seçim imkanları yaradır”.

“Biz mövcud əlaqələri gücləndirməklə sərnişinlərə rahat və keyfiyyətli səyahət təcrübəsi təklif edirik. Məqsədimiz Bakını həm tranzit, həm də təyinat nöqtəsi kimi qlobal səyahətçilər üçün cəlbedici mərkəzə çevirməkdir” – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

Daha sonra xəbərdə, “hava limanı müasir infrastrukturu, səmərəli transfer imkanları və sərnişin məmnunluğunu əsas tutan xidmətləri ilə fərqlənir. Hər bir sərnişinin rahatlığı və təhlükəsizliyini təmin etmək üçün yüksək beynəlxalq standartlara əməl edilir. Aeroportun artan əhəmiyyətini statistik göstəricilər də təsdiqləyir. 2024-cü ilin oktyabr ayında Aeroport 631 mindən çox sərnişinə xidmət göstərib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir. Həmin ay ərzində ümumilikdə 4 min 779 uçuş yerinə yetirilib. Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 51,1 faizi xarici aviadaşıyıcıların payına düşüb. Xüsusilə, tranzit sərnişinlərin sayı 137 faiz artaraq 33 minə çatıb və bu da Bakının beynəlxalq tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir” deyə bildirilir.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda 18-i aşağı büdcəli (loukoster) olmaqla, 39 aviaşirkət fəaliyyət göstərir ki, bu da sərnişinlərə daha çox iqtisadi seçim imkanı yaradır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.