Son yeniləmə: 5 Noyabr 2024 11:15
BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi gərginlik davam edir.
Bu arada mətbuat konfransında çıxış edən GERB lideri Boyko Borisov hökumətin qurulması ilə bağlı danışıqların olub-olmayacağının Xalq Məclisi sədrinin seçiləcəyindən asılı olacağını bildirib.
Radio Bolqarıstan xəbər veri ki, o, deyib: “Parlamentarizm baş nazirin GERB-dən olmasını tələb edir və biz bu məsələdə güzəştə getməyəcəyik”.
B.Borisovun sözlərinə görə, indiyədək keçirilən bütün ardıcıl seçkilərin nəticələri göstərib ki, GERB, “Prodaljavame Promyanata – Demokratichna Bulgariya” və “Vazrajdane” partiyaları təxminən eyni nəticələrə malikdir.
İlk şərhi yaza bilərsiniz