Press "Enter" to skip to content

FHN voleybolçuları ölkə kubokunun qalibidir

Qaliblər!

BAYRAQDAR MEDİA – Noyabrın 4-də Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçular arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun final qarşılaşması keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ölkə kubokunda B qrupunda yer alaraq finala vəsiqə qazanan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası final görüşündə “Azerrail” komandasını 3:0 hesabı ilə məğlub edərək ölkə kubokunun sahibi olub. Final oyununu fövqəladə hallar naziri Kəmaləddin Heydərov da izləyib”.

Qeyd edək ki, “Xilasedici” voleybol komandası kubok oyunlarında bundan əvvəl “Murov AZ Terminal”, “MOİK” və “Neftçi” komandalarını məğlub edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.