Son yeniləmə: 5 Noyabr 2024 08:37
BAYRAQDAR MEDİA – Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında 26 saylı Sabunçu birinci seçki dairəsi ərazisində yaşayan seçicilər, eləcə də digər rayonlardan gələn vətəndaşlar üçün növbəti qəbul keçirib.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qəbul zamanı millət vəkili, görüş iştirakçılarını fərdi qaydada, diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Xəbərdə deyilir ki, vətəndaşların səsləndirdiyi müraciətlər başlıca olaraq, məşğulluq, sosial müdafiə, məhkəmə qərarlarının icrası, səhiyyə, mənzil, bank-kredit, vəzifəli şəxslərin fəaliyyətindən narazılıq və digər məsələlərlə bağlı olub: “Qaldırılan məsələlərin bir hissəsi, operativ qaydada,yerindəcə həll edilib,bir qrup məsələlərlə bağlı zəruri izahatlar verilib, qanunvericiliyə uyğun olan digər müracətlərlə bağlı isə yerli və mərkəzi icra orqanlarına aidiyyatı üzrə deputat sorğusu ilə müraciət ediləcəyi qəbul iştirakçılarının diqqətinə çatdırlıb”.
İlk şərhi yaza bilərsiniz