BAYRAQDAR MEDİA – Azərbaycanlı 2 tələbə 2024-2025-ci tədris ili üzrə “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokol”a uyğun olaraq Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.
Xəbərdə bildirilir ki, seçim barədə Tacikistan tərəfindən verilən yekun qərar nəticəsində tələbələr bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından hesab edilən Tacikistan Milli Universiteti və Xocənd Dövlət Universitetində təhsil almaq hüququ qazanıblar. Onlar humanitar, sosial və təbiət elmləri ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
İlk şərhi yaza bilərsiniz