Press "Enter" to skip to content

Xüsusi hallara dair görüş

Görüş zamanı

Son yeniləmə: 4 Noyabr 2024 14:48

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə “Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar” mövzusunda görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “görüşün keçirilməsində əsas məqsəd xüsusi hallar zamanı atılması vacib olan addımlara dair maarifləndirmə işi aparmaq, ümumi təhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etmək, daha səmərəli işçi platformanın yaradılmasına nail olmaqdır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Altun Rəcəbli məktəblərdə baş verən xüsusi hallarla bağlı məsələlərə hər zaman həssaslıqla yanaşıldığını, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə fəaliyyətin tənzimlənməsində daha konkret yanaşmanın əhəmiyyətindən danışıb. Bildirib ki, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artırılması, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, effektiv kommunikasiyanın yaradılması zəruridir”.

Daha sonra görüş qarşılıqlı müzakirələrlə davam edib. Müvafiq təkliflər irəli sürülüb, iştirakçları maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.