Press "Enter" to skip to content

Türkiyə 2024-cü ilin sonuna qədər 60 milyon turist qəbul edəcək

İstanbul

Son yeniləmə: 4 Noyabr 2024 15:03

Qardaş ölkə bütün zamanların turizm rekordunu qıracaq

BAYRAQDAR MEDİA – Türkiyə 2024-cü ilin ilk doqquz ayında 49.2 milyon ziyarətçini qəbul edib və 46.9 milyard ABŞ dolları turizm gəliri toplayıb.

Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deylir.

Bildirilir ki, “Türkiyənin ziyarətçi sayında illik artım 9 faiz, gəlirlər isə 7 fazi artıb. Türkiyə bütün zamanların turizm rekordunu qıraraq, ilin sonuna qədər 60 milyon turist qəbul edəcək”.
Məluamat görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi İstanbulda keçirilən mətbuat konfransında 2024-cü ilin 3-cü rübündəki turizm nəticələrini açıqlayıb: “Mədəniyyət və turizm nazir Mehmet Nuri Ersoy, 2024-cü ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçi sayının illik 9 faiz artaraq 49.2 milyon nəfərə çatdığını bildirib. Eyni dövrdə Türkiyənin turizm gəlirləri 7 fazi artaraq 46.9 milyard ABŞ dollarına yüksəlib. Turistlərin gündəlik orta xərcləmələri 107 ABŞ dolları olub”.

“İlk 9 ayda əldə etdiyimiz nəticələr, Türkiyə Cümhuriyyətinin tarixində ən yüksək nəticələrdir, buna görə də, il sonu hədəfimizi 61 milyon turistə qədər artırırıq” – deyə Mehmet Nuri Ersoy qeyd edib.

Vurğulanıb ki, Türkiyənin ən böyük metropolisi İstanbul, 2024-cü ilin ilk doqquz ayında 14 milyondan çox turist qəbul edib: “7 fazi artım əldə edən İstanbulun ən iri turistik mərkəzləri, Tarixi Yarımada, Taksim, Karaköy bölgələri və şəhərin Avropa və Asiya tərəflərindəki Boğaz xətti, Amerika, Avropa, Afrika, Avstraliya və Asiya qitələrindən olan ziyarətçiləri qonaqlayıb. “Türkiyənin turizm paytaxtı” olaraq tanınan Antalya isə 13.3 milyondan çox ziyarətçini qəbul edərək, Doğu Akdenizdəki liderliyini qoruyub saxlayıb”.

Qeyd edilib ki, Türkiyənin ən böyük bazarları davamlı artım göstərinb: “Türkiyə ən çox Rusiya, Almaniya və Böyük Britaniyadan turistlər gəlib. Turistlərin Antalya, İstanbul, İzmir və Muğla kimi əsas turizm mərkəzlərinə axın etməsi il sonuna qədər davam edəcək. 2024-cü ilin yanvar-sentyabr ayları arasında 5.5 milyon Rusiyalı turist istirahət üçün Türkiyəni seçib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir. Eyni dövrdə alman turistlərin sayı 5.2 milyonu keçib və bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir. Həmçinin Türkiyəyə ən çox üçüncü turist göndərən Böyük Britaniyadır. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə isə Böyük Britaniyadan gələn turistlərin sayında 17 fazi artım olub. İlin ilk doqquz ayında 3.7 milyon britaniyalı Türkiyəni ziyarət edib. Türkiyə, Çində də əhəmiyyətli bir artım əldə edərək, 312,000-dən çox ziyarətçini qəbul edib ki, bu da keçən illə müqayisədə 84 fazi artım deməkdir. Türkiyəyə gələn ziyarətçilər, ölkənin zəngin mədəni və tarixi irsini, ləzzətli mətbəxini, şəhər təcrübələrini və gözəl mənzərələrini kəşf ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.