Press "Enter" to skip to content

Türkiyə və Azərbaycan pediatrları bir arada

Alyors Group, Orzax Pharmaceuticals Marketinq Direktoru Müge Turan çıxış edərkən

Son yeniləmə: 4 Noyabr 2024 09:20

Bakıda keçirilən konfransın iki ölkənin pediatrları arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə təkan verəcəyinə əminlik ifadə edilib

BAYRAQDAR MEDİA – Türkiyə Milli Pediatriya Dərnəyinin və Azərbaycan Pediatriya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda pediatriya sahəsinin mütəxəssisləri üçün birgə konfrans keçirilib.

BAYRAQDAR MEDİA xəbər verir ki, iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda öncə salamlama çıxışları olub.

Türkiyə Milli Pediatriya Dərnəyinin sədri Prof. Dr. Yıldız Camcıoğlu öncə bu tədbirin əhəmiyyətinə toxunub.

Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Dr. Erkin Rəhimov çıxış edərkən
Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Dr. Erkin Rəhimov çıxış edərkən

Prof. Dr. Yıldız Camcıoğlu deyib ki, rəhbərlik etdiyi qurum 2005-ci ildən beynəlxalq pediatriya birlikləri ilə əməkdaşlıq çərçivəsində elmi görüşlər təşkil edir: “Bu gün isə qardaş ölkə Azərbaycandayıq. Əminik ki, Türkiyə Milli Pediatriya Dərnəyi bu tədbirlə qardaş ölkə Azərbaycanla pediatriya sahəsində əlaqələri daha da gücləndirəcək”.

Sonra çıxış edən Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Dr. Erkin Rəhimov konfransı Azərbaycanda pediatriya sahəsinin inkişafı üçün böyük addım adlandırıb: “Məqsədimiz həkimlərin müasir protokollara əlçatanlığını artırmaq, pediatriya sahəsində yenilikləri bölüşməkdir. Əsas odur ki, gələcəyimiz olan uşaqlar sağlam böyüsün”.

Konfrans zamanı
Konfrans zamanı

Salamlama çıxışı edən Alyors Group, Orzax Pharmaceuticals Marketinq Direktoru Müge Turan belə bir tədbirın təşkilində iştirakdan məmnunluq ifadə edib. O, əmin olduğunu bildirib ki, tədbir iki ölkənin uşaq sağlamlığı sahəsində birgə addım atmasına, eyni zamanda pediatriya mütəxəssisləri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə imkan yaradacaq.

Daha sonra həkimlərin məruzələri dinlənilib. Çıxışlarda dünya pediatriyasında baş verən elmi yeniliklər, yeni müalicə üsulları, uşaq sağlamlığına profilaktik tibbi yanaşmalar və uşaq xəstəlikləri ilə mübarizədə yeniliklər kimi vacib məsələlər müzakirə olunub.

Konfransdan xatirə fotosu
Konfransdan xatirə fotosu

Natiqlər konfransın iki ölkənin pediatrları arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə təkan verəcəyinə əminlik ifadə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.