Press "Enter" to skip to content

Qubada “İlk tibbi yardım – ikinci həyata addım”

Sözügedən tədbir

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir. Növbəti aksiya Quba şəhərində təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Nazirliyin Quba Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarının yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərin aparılmasıdır. Budəfəki tədbirdə asfiksiya və klinik ölüm, bədbəxt hadisələr və digər fövqəladə hallar zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları nümayiş olunub. Kollecin tələbələri, həmçinin mulyaj və insanlar üzərində ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda şəkərin miqdarı ölçülüb”.

Sonra xəbərdə, “sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb. Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub. Daha sonra Quba Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə İlk tibbi yardım – ikinci həyata addım” adlı fleşmob təşkil olunub. Fleşmobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani olaraq nümayiş etdirilib. Həmçinin, “7 sual – 7 cavab” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub” deyə bildirilir.

Qeyd edək ki, gələcəkdə SN belə maarifləndirici aksiya və fleşmobların Respublikanın digər şəhər və rayonlarında da keçirilməsini planlaşdırır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.