Press "Enter" to skip to content

Nazir Tərtərdə vətəndaşları qəbul edəcək

Son yeniləmə: 4 Noyabr 2024 15:01

BAYRAQDAR MEDİA – Noyabrın 29-da energetika naziri Pərviz Şahbazov Tərtər, Ağdam, Ağcabədi, Bərdə və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “qəbul saat 11:00-dan başlayaraq Tərtər rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ5900,Tərtər şəhəri, Heydər Əliyev parkı) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər”.

Məlumata görə, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.